Newscenter.az.26.04.2021. “Cari tədris ili ərzində 104 min uşaq məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçib. Onlardan təxminən 10 mini rus bölməsi üzrə təhsil alanlardır”.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib.
O qeyd edib ki, Azərbaycan bölməsi üzrə 94 min uşağın birinci sinfə qaldırılması təmin olunub: “Bu da təxmini 75 faiz deməkdir. Zamanla valideynlər arasında fikir ayrılıığı yaranır və övladlarını digər məktəblərdə oxutmaq istəyirlər. Nəticədə sistemə yerləşdirilən sorğular silinir və bu da proqram təminatında sorğuların sayını artırır. Ona görə də dəqiq rəqəm demək mümkün olmur. Yerlərdən aldığımız proqnozlarla ilin sonunda nəsə deyə bilirik”.