Newscenter.az.26.04.2021. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində aprelin 26-da Cəbrayıl və Zəngilan rayonlarına səfərlə bağlı videogörüntülər paylaşıb.
Newscenter.az xəbər verir ki, Mehriban Əliyeva yazıb:
“Əziz həmvətənlər,
İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz yenidən Cəbrayıl və Zəngilan rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".