Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Faiq Quliyev Braziliyanın Gürcüstandakı səfiri ilə görüşüb



Newscenter.az.26.04.2021. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Braziliya Federativ Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Osvaldo Biato Junior ilə görüşüb.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səirliyinə istinadən xəbər verir ki, qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Braziliya həmkarına Gürcüstandakı missiyanın yerinə yetirilməsində uğurlar diləyib. O, ölkələrimizi ayıran böyük məsafəyə baxmayaraq, ikitərəfli münasibətlərin kifayət qədər fəal şəkildə inkişaf etdiyini, hər iki paytaxtda qarşılıqlı əsasda fəaliyyət göstərən səfirliklərin buna əyani sübut olduğunu söyləyib.

Qəbula görə təşəkkür ifadə edən Səfir O.Biato Junior də öz tərəfindən Braziliyanın ölkəmizlə və ümumiyyətlə Cənubi Qafqaz bölgəsi ilə əlaqələrinin tarixçəsindən bəhs edib, onların hazırkı mərhələdə müşahidə edilən səviyyəsindən danışıb.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini aparıblar.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə edibər.
Xəbəri paylaş