Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzura Qayıdacağıq !

Zəngəzura Qayıdacağıq !


Newscenter.az.26.04.2021. Ermənistanın 44 günlük vətən müharibəsində düşdüyü böhran siyasi nakaut nəticəsində yaranmış xaotik vəziyyət düşmənin aqressiyasına bir az duz qatdı.

Prezident Cənab İlham Əliyev "101 ildən sonra Azərbaycan xalqı ilə birgə Zəngəzura qayıdacağıq " səslənən bu qətiyyətli fikirlər düşmən tərəfdə böyük təşviş və narahatlıq yaratmışdır.

Amma Prezidentimiz daim tarixi gerçəkliyi tarixi faktlarla Ermənistana daim xatırladaraq düşmənin iki yolu qaldığını ya bu torpaqlardan xoşluqla, ya da zorla çıxaracağını dəfələrlə öz çıxışlarında səsləndirmişdir.

Zəngəzur dəhlizinin açılması işğaldan azad olunmuş torpaqlarmızın iqtisadi inkişafında böyük rol oynayacaq nəqliyyat dəhlizi hesab olunduğu hər birimizə yaxşı məlumdur.

Türkiyə dövləti ilə Zəngəzur dəhlizi vasitəsilə dəmir yolu nəqliyyat yük daşıma komunikasiyaların yaradılması düşmən tərəfi regionun bu əməkdaşlığına mane olmaq məqsədilə aqressiya göstərəcəyinə heç kim şübhə etmir bu indidən özünü göstərir.

Lakin Zəngəzur tarixən Azərbaycan xalqının yaşadığı bir doğma torpağa Prezident Cənab İlham Əliyev tərəfindən xatırlatması düşmənin nə üçün böyük narahatlıq keçirdiyi anlaşılandır . Çünki, illərlə düşmənə güzəşdə getmiş Azərbaycan dövləti bu gün keçmişdə ermənilərə tolerantlıq qonaqpərvərlik göstərmək fikirindən tamamilə uzaqdır.

Bu günə kimi Ermənistanın Azərbaycanlılara qarşı dövlət səviyyəsində Soyqırımıda bir daha belə bir xoş niyyətli olmaq düşüncəsindən xalqımızın Dövlətimizin ehtiyyat etməsi başadüşüləndir.

İndi regiona sabitlik gətirilməlidir, sülh, əməkdaşlıq yaratmaq siyasətinə daha çox üstünlük verilməsini ölkəmiz düşünürkən Ermənistan yenədə revanşist hərəkətlərə meyl edir təxribata cəhd edir ki, bu da yol verilməzdir.

Zəngəzur dəhlizinin açılması 2 ci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqının həyatında Prezident Cənab İlham Əliyevin siyasi qətiyyəti nəticəsində əldə edilmiş ən böyük uğur olacaqdır.

Öz doğma Zəngəzurumuzdan biz Naxçıvana Türkiyə dövlətinə gedə biləcəyik, bu dəhliz Azərbaycan dövlətinin inkişafında böyük iqtisadi imkanlar yaradacaqdır.

Anar Hüseynov

Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti, Prezidentə və Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədri
Xəbəri paylaş