Newscenter.az.27.04.2021. Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cari ilin birinci rübündə 3500-dək şəxs cəlb olunub.
Newscenter.az Agentliyə istinadən xəbər verir ki, proqramın icrasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlara üstünlük verilir.
Proqrama cəlb olunanlara təlimlər keçirildikdən sonra biznes planlarına uyğun olaraq onlara mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılır.
Sevinc