Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın təyyarəsi Kazandan qayıda bilmir



Newscenter.az.30.04.2021. Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın təyyarəsində texniki nasazlıq aşkarlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Ermənistan hökumətindəki mənbəyə istinadən “Aysor.am” bildirib.

Məlumata görə, hazırda nasazlıq aradan qaldırılır.

Hökumətdən bildirilib ki, əgər problem həll edilməsə, nümayəndə heyəti Ermənistana başqa təyyarədə qayıdacaq.

Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti Tatarıstan Respublikasının paytaxtı Kazanda Avrasiya İqtisadi Birliyinin hökumətlərarası şurasının iclasında iştirak edib.

Anar TAĞIYEV
Xəbəri paylaş