Newscenter.az.1.05.2021. Ramazan ayı ərəfəsində Ağdam rayonunda şəhid ailələri ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Asif (FRED) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev, Ağdam rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Namiq Həsənov, Azərkitab Kitab Mərkəzinin əməkdaşı, ziyalılar iştirak edib və şəhid ailələrinə sovqatlar təqdim olunub.
Görüşdə şəhidlərimizin həyatı, döyüş yolu haqqında geniş söhbət açılıb.
Görüşdə iştirak edənlər torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr etdiklərini, bir ömür boyu onlara borclu və minnətdar olduqlarını bildiriblər.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur. Vətən üçün canını fəda edən igid Vətən oğulları hər zaman bizim qəlbimizdə yaşayacaq.
NEWSCENTER.AZ.