Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şamaxı və Samuxda Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanıldı



Newscenter.az.1.05.2021. Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində şəhər ərazisində iki fərqli ünvanda yas mərasimlərinin təşkil edildiyi müəyyən olunub. Müşviq Səfərov və Samir Məmmədzadəyə məxsus fərdi yaşayış evlərində keçirilən yas mərasimləri RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

XXX

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb.

Mərasimi təşkil edən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktik söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.
Xəbəri paylaş