Newscenter.az.1.05.2021. Dünyanı idarə edən və “parçala hökm sür” siyasətini davam etdirən güclər yeni münaqişə ocağı yaratmaqdadır. Tacikistanla Qırğızıstan arasında heçdən yaranmış münaqişə. Artıq onlarla ölü və yaralı var. Bu münaqişə gündən günə böyüyəcək və həllolunmaz hal alacaq. Artıq baş verən hadisələr nəticəsində vəziyyət nəzarətdən çıxıb və tərəflərin baş verənlərə heç bir təsir imkanları olmayacaq.
Diqqətlə fikir verək, dünyada bu günə qədər heç bir münaqişə həllini tapmayıb. Əksinə münaqişələrin sayı artmaqdadır. Təsəvvür edin ki, dünyada gücü və mövqeyi ilə seçilən İsrail dövləti belə, yəhudilərin ərəb xalqlarının mərkəzində yerləşdirilməsi və əbədi münaqişə ocağına yuvarlanması ilə yaradıldı ötən əsrdə. Həlli üçün işıq ucu görünməyən vəziyyət alıb.
Bizi maraqlandıran Ermənistan Azərbaycan münaqişəsi də eyni qəbildəndir. Zamanında bu əraziyə köçürülərək münaqişə tərəfi kimi regiona yerləşdirilən ermənilər böyük bir planın tərkib hissələridir. Sadəcə Sovetlər Birliyi bu məkrli planın reallaşmasını özü də istəmədən 70 il gecikdirdi. Ancaq hələ ki, həllinə nail olmayan İsrail dövlətinin nümunəsini tətbiq edən Azərbaycan bu nünaqişəni yalnız özünün zoru və gücü hesabına həll etmək qərarı verdi.
Təbii ki, bunu dünya üzrə münaqişə müəllifləri Azərbaycana bağışlamaq istəmir və qisasını almaq istəyir. Qarşılarını alan Türkiyə faktoru ilə yanaşı Zəngəzur adlı dünyanın yeni iqtisadi və nəqliyyat arteriyası rolunu oynayacaq dəhliz amilidir! Ona görə də Qarabağ münaqişəsi bir neçə problemin qalmasına baxmayaraq həllini tapmış problemdir. Geridə qalan müəyyən detallardır ki, müəyyən zaman ərzində qalib tərəfin diktəsi və rellığı əks etdirən şərtlərin təsiri ilə həllini tapacaq.
Xəyal Bəşirov,
“Siyasi və Hüquqi Strateji araşdırmalar mərkəzi”nin rəhbəri