Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tərəfi öz mövqeyini qorumalıdır



Newscenter.az.2.05.2021. Rusiya Xarici işlər naziri Sergey Lavrovun mayın 10-11 Azərbaycana işgüzar səfər edəcəyi barədə məlumat var. Lavrov əvvəlcə Ermənistana 4,5 gün sonra Azərbaycana gələcəkmiş..

Lavrovdan əvvəl Azərbaycan tərəfi ilə Amerika arasında telefonla danışıqları da olub.. Lavrov bölgədə Türkiyənin möhkəmlənməsindən narahatdır. Eyni zamanda Qarabağda yenidənqurma işlərinə digər dövlətlərin də cəlb edilməsi bu narahatlığı daha da artırır.. Lavrov çox güman 11 Yanvar anlaşması ilə yanaşı Azərbaycandakı erməni diversant qrupları barədə də müzakirə edəcək..

Zəngəzur dəhlizi və Ermənistan-Rusiya yolu da müzakirə predmeti olacaq.

Lavrov hər iki dövlətə səfər edirsə, əvvəlcə hər şey ölçülür-biçilir, yəni gəlib burda körkoranə müzakirə aparmır. Rəsmi Kremlin mövqeyini sərgiləyir. Əvvəlcə ermənistana gələrək Kremlin mövqeyini bildirir(rusiyayönümlü fikirlər səsləndirmək, sərhəddə ara-bir iğtişaş törətmək-rusiya sülhməramlıları da "missiyalarını" yerinə yetirməlidi axı. Zəngəzur dəhlizinin açılmasını, 11 Yanvar bəyanatını, seçkiqabağı bir-iki "məsləhət" və s.

Sonra Moskvaya geri qayıdacaq, ermənistana fikirləri çatdırdım, ordakı ab-havanı öyrəndim deyəcək. Sonra isə Azərbaycana gələcək yazılmış ssenarini nümayiş etdirəcək..

Reyqandan sonra Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi və bunu günahlandırmaq üçün deyil bir daha təkrarlanmaması üçün etdiyini deməsini 2 aspektdən izah edə bilərik-

1) Paşinyan hakimiyyəti dövründə bunu işlətməsi Paşinyanın legitimliyinə müsbət təsir edəcək.. və ermənistanın Amerika ilə bağını möhkəmləndirəcək. Yəni Bayden bunu həm Amerikadakı erməni lobbisinin rəğbətini qazanmaq, həm də Ermənistanı Rusiyanın pəncəsindən xilas edib öz əhatəsinə salmaq üçün etdi.

2) Türikəyini günahlandırmaq üçün etmədiyini deməsi isə "nə şiş yansın, nə kəbab" misalı kimi oldu desək yanılmarıq. Türkiyə Amerika üçün böyük avantajdı. Ümumiyyətlə, Türkiyə hazırkı siyasi arenada bir çoxlarına lazımlıdır.. Yəni Türkiyə ilə münasibətləri möhkəmləndirmək Amerikaya daha faydalıdır bunu Bayden özü də yaxşı bilir.

Baydenin daha əvvəl Ərdoğanla telefon danışığı və NATO'da bir araya gələcəkləri xəbəri də plana uyğun hərəkət edildiyindən xəbər verir. Onu da qeyd edim ki. Telefon danışığından sonra Türkiyə Şimali İraqda anti-terror əməliyyatları keçirtdi və bir baza qurduğunu da bildirdi.

Kreml də nigarandır. Türkiyənin Amerika ilə münasibətilərinin yaxşı olması Rusiyanın başına qaynar su tökmək kimi bir məqamdır.

Azərbaycandan sonra Türkiyə ilə də görüşün keçirəcəyini ehtimal edə bilərik..

Azərbaycan tərəfi öz mövqeyini qorumalıdır. Qarabağda hələ də erməni qruplaşmaları var, onların çıxardılmalarını, minalanmış ərazilərin xəritəsinin verilməsini tələb etməli, sülhməramlıların öz missiyalarının nə olduğunu Lavrova xatırlamalı, onların orada daimi deyil müvəqqəti(5il) qaldıqlarını bir daha xatırlatmalıdır.

Elman Vəliyev-Gənc Politoloqlar Təşkilatında sədri
Xəbəri paylaş