Newscenter.az.2.05.2021. "Dünən dostum, Heydelberq Universitetinin tanınmış elm adamı, radiologiyanın dünya tibb elmində inkişafına özünə məxsus dəsti xətti ilə dəstək olan Christof Sommer Köln şəhərində məni ziyarət etdi. Görüşə gəlməyinə səbəb isə mənim Azərbaycan haqqında xoş planlarımın və məqsədlərimin olduğunu eşitməyi olub".
Newscenter.az xəbər verir ki. bu fikirləri özünün facebook sosial şəbəkə hesabında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev bölüşüb. Nuran Abdullayev qeyd edib ki, o, həmişə yanımda olacağını və əlindən gələn bütün elmi-praktiki dəstəyi verəcəyini bir daha bildirdi:
"Xüsusi olaraq dəyər verdiyinə görə və mənə demək istədiklərini şəxsən çatdırmağı üçün Kölnə təşrif buyurduğuna görə ona ayrıca təşəkkür etdim.
Onun Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətində mühüm bir postlardan birini tutacağını razılaşdıq. Həmin postun əsas məqsədlərindən biri onun Azərbaycandakı gənc həkimlərə dəstəyi olacaq. Belə dostların Almaniyada olmağının qürurunu yaşayıram!".
NEWSCENTER.AZ