Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazırda cox həssas bir dönəmdəyik



Newscenter.az.2.05.2021. Sadəlik, səmimiyyət, sədaqətli - məsuliyyətli olmaq, yalan danışmamaq, insanlarla söhbət edəndə təbəssüm etmək, yəni gülümsəmək, bilmədiyin məsələ haqqında yalanlarla, fantaziyalarla danışmamaq, hər şeydə ədalətli olmaq, özünü, evladlarını qarşındakının yerinə qoymaq kimi xüsusiyyətlərə malik olmaq lazımdır. Həqiqətən, qəlbində Allah məhəbbəti olan insanlarda bu xüsusiyyətlə ya doğulandan yada sonralar mümkün olur. Belə insanlar, hər sözündə hər işində Allahı yadlarına salırlar ki, buda o insanlara ilahi köməyə səbəb olur...

İnsan qəlbi, gözəl bir bağ-baxça da ola bilər, yada boz səhra ola bilər. Biz, bu dünyada gözəl dediyimiz nə varsa, əslində bir yuxu kimidir. Bu gün, şad, çox hərəkətli bir gənc, 40-50 ildən sonra, süst-yorğun qocaya çevrilir. Yaz fəslində, pardaqlanan gül qönçəsi, payızda ayaqlar altinda qalan, lazımsız bir şey olur. Əsil, İlahi gözəllik isə, əbədidir, daima təravətlidir! Qəlbinin təmizliyini, paklığını qoruyub saxlayan insanlar, bunu daha gözəl bilirlər.Bir sözlə, hər işində, əməlində özün –özünə nəzarət etməyi bacarmalısan. Səhv etdinsə, dərhal etiraf et, boynuna al. Səhvi kimə qarşı edibsənsə,o insanın qarşısında etiraf et .Mənim həyat devizlərimdən biridə " ən böyük biclik düzlükdür" sloqanıdır.

Ey özünü müdrik, ziyalı adlandıran insanlar!!!!

Biz hər birimiz Azərbaycanlıyıq və hal hazırda cox həssas bir dönəmdəyik.Xalqımız, haqq müharibəsində canından,yarımcıq arzularından kecən bu qədər nakam igidlər torpağa tapşırdığı vaxt siz hansı həmcinsinizi, əks cinsinizi qorxmadan ləkələməyin savaşındasız!!!!!! Biz müqəddəs Vətən müharibəsində oğlunun tabutuna girən, bu “ağrılı görkəmi” ilə də düşmənin sinəsinə dağ çəkən Ana, bacı gəlinlər gördük!Analar şəhid balalarının dərdi ilə yanib, kül olarkən siz kimin, nəyin dərdindəsiz????

Sınaq- insanın özünü və inandığın, güvəndiyin insanları tanımaq üçündür. Allah hər kəsə başına gələn bütün sinaqlardan üzü ağ cıxmağı nəsib etsin.......

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş