Newscenter.az.2.05.2021. Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var.
APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bir qədər əvvəl baş verib.
Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb.
Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və həkim briqadasına təhvil verib.
Yaralı koma vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə zamanı yanğın və digər təhlükələrin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.