ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb

4-05-2021, 14:41



Newscenter.az.4.05.2021. Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”a bildirib ki, hadisə yolun 60-cı km-də qeydə alınıb:

"Belə ki, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə avtomobilin sürücüsü Aslan Hüseynov vəfat edib".

Qeyd edək ki, A.Hüseynovun anası ötən ay vəfat edib. Həmin vaxt müğənni Moskvada olub. A.Hüseynov Bakıya anasının yasında iştirak etmək üçün gəlmişdi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR