Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Övladlarımızın peşə ixtisası seçiminə daha məsuliyyətlə yanaşmaq vacibdir



Newscenter.az.5.05.2021. İnsan həyatında iki yanlış qərara görə ciddi şəkildə əziyyət çəkə bilər. Bunlardan biri peşə və ixtisas seçimi ilə, digəri isə həyatda birgə addımlayacaq şəxsin seçimi ilə bağlı ola bilər. İkincisi şəxsi həyatla bağlı seçim olduğundan buraya təcrübə, məsləhət, zaman və sair nəzərə almaq lazımdır. Statusun məqsədi müasir ixtisaslara diqqət və peşə-ixtisas seçimində yanlışlıqlardan mümkün qədər yayınmaqla bağlıdır.

Övladlarımız məktəbi bitirməyə yaxın ən aktual sual onun hansı peşəyə sahib olmaq üçün təhsili davam etdirmək olur. Bu sualın cavablandırılmasında bir sıra valideynlər məsuliyyəti uşağın üzərinə atsa da (şəxsi seçim və ya marağa istinad edərək), daha məsuliyyətli valideynlər mümkün variantları öyrənir, təhlil edir və gələcəyi düşünərək övladı məlumatlandırır. Həqiqətən valideynlərin peşə seçimində iştirakı vacib və faydalıdır.

Bu zaman mütləq gələcəkdə yoxa çıxacaq peşələrə diqqət yetirilməlidir. Məsələn, artıq sürücü, xəzinədar, poçt işçisi, dispetçer, səyahət agenti, əl əməyi ilə bağlı işlər (manufaktura), bank işçisi və digər peşələrin yaxın 10 ildə yox olması ehtimalı böyükdür. İstehsalın və idarəetmənin avtomatlaşdırılması, elektronlaşdırma və sair proseslər bu istiqamətdə mühüm faktorlar olacaqdır.

Əvəzində proqram tərtibatçısı, keyfiyyət nəzarətçisi, data analitik, qeydiyyata alınmış tibb bacısı, bio səhiyyə, sağlamlıq üzrə məsləhətçi, bazar araşdırmaçısı, süni intellekt üzrə mütəxəssis, rəqəmsal dərzi, kvant maşınlarının öyrənilməsi üzrə mütəxəssis, şəxsi məlumat brokeri, şəxsi yaddaş kuratoru, ağıllı evlərin tərtibatçısı və dizayneri, kiber hücum üzrə agent, biznes davranışı üzrə ekspert və digər ixtisaslardır. İqtisadiyyatın inkişaf sürətindən asılı olaraq bu proses daha tez və ya gec baş verə bilər, ancaq qaçılmazdır.

Övladlarımızın peşə ixtisası seçiminə daha məsuliyyətlə yanaşmaq, mümkün imkanları düzgün təhlil etmək və ona gələcəyinin düzgün qurulmasında valideyn yardımı vacibdir. Bu işdə kəsə uğurlar!

Elnur Nəsibov-təhsil nazirinin müşaviri
Xəbəri paylaş