Newscenter.az.5.05.2021. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Şərur, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Binə, Çilov adasında yağış, Qrız, Şahdağ və Xınalıqda qar yağıb.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda 27, Neftçala, Biləsuvarda 20, Şəmkirdə 17, Bakıda 34, Maştağada 32, Qum adasında 28, Çilov adasında 26, Neft Daşları, Pirallahıda 25, Sumqayıtda 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
Ölkə ərazisində müşahidə olunan güclü külək gecə tədricən zəifləyəcək. Mayın 6-sı gündüz havanın nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.