Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi vəziyyət hələki Azərbaycanın xeyrinə gedir.



Newscenter.az.5.05.2021
. ABŞ prezidenti Baydenin rəğbət üçün işlətdiyi " erməni soyqırımı" ifadə kimi olaraq qalır. 1992-ci ildə ermənilərin təzyiqi, yalan iddiaları nəticəsində Amerika Azərbaycana qarşı "Azadlığı müdafiə aktına" 907'ci düzəliş etmişdi.

Bunun nəticəsində Amerika yardımı dayandırdı. 2001-ci ilin 11 Sentyabr hadisələrindən(əkiz qüllələrin vurulması iddiası) sonra Azərbaycanın terrorizmi pislədiyi və mübarizə göstərməyə hazır olduğunu bildirməsindən sonra düzəlişi dayandırdılar. Bir nüansı da qeyd edim ki, Bayden akta düzəliş etmək üçün leyhinə səsə verənlərdən olub.

Lakin Amerika təkcə Baydendən ibarət deyil. Özünün yazılmış siyasət toplusu var.. Soyqırımı ifadəsini işlətməsindən sonra mətbuat katibi Blinken ilə Prezident İlham Əliyev arasındakı telefon danışıqları nəticəsində düzəlişin müəyyən qədər qüvvədən düşdüyünü və yardımların ediləcəyi bildirildi.

Amerika təkcə Azərbaycana deyil eyni zamanda Mərkəzi Asiya dövlətlərinə həmçinin ermənistana da yardım edəcəyini vurğuladı. Bu amil bizdə hansı fikri yaradır? Deməli, Amerika vaxtikən SSRİ tabeliyində olan dövlətlətə yardım etməklə onları öz tərəfinə çəkmək, Rusiya rıçaqlarından qurtarmaq niyyətini güdür!

Bunların qarşısında Rusiya da əlbağlı durmayacaq. Lavrovun Ermənistana və Azərbaycana səfərin olacağı bildirilmişdi. Lavrov çox güman, Azərbaycana gələndə 9 Noyabr bəyanatından sonra Azərbaycan ordusu tərəfindən ələ keçirilən Qarabağa qanunsuz girən erməni diversiya qruplarının geri qaytarılmasından söz açacaq.

Elə səfər qabağı "Sülhməramlıların" komandanı Rüstəm Muradov vasitəsilə həmin o diversiya qrupundan 3 nəfər İrəvana aparılıb. Sözsüz ki, bunun müqabilində Azərbaycanın da qazancı böyük olacaq. Zəngəzura az qaldı desək yanılmarıq. 3 tərəfli danışıqlar zamanı bunların müzakirə edildiyinə əminəm. Eyni zamanda Xocalı, Xocavənd, Xankəndinin də aqibətinin Şuşa, Füzuli, Cəbrayıl kimi olacağına az qalıb. ⏳Sadəcə zaman lazım. Artıq silahlar hərb meydanda deyil siyasi arenada danışır..

Elman Vəliyev-Gənc Politoloqlar Təşkilatında sədri
Xəbəri paylaş