Azərbaycanda koronavirusun Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb
Tarix: 6-05-2021, 11:53
Newscenter.az.6.05.2021. "Azərbaycanda indiyədək koronavirusun Böyük Britaniya ştammından başqa yeni növ qeydə alınmayıb".
Bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, ölkədə Britaniya ştammı qeydə alınan kimi ictimaiyyətə bununla bağlı məlumat verilib: "Əgər yeni ştamm qeydə alınarsa bununla bağlı açıqlama veriləcək".