Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər təşkilatlarının Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə görüşü olub



Newscenter.az.6.05.2021. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzv gənclər təşkilatlarının Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvləri ilə Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş “Gənclər və gənclər təşkilatları ilə işin səmərəliliyi, həyata keçirilən fəaliyyətlər və gələcək perspektivlər” mövzusunda onlayn görüşü baş tutmuşdur. Newscenter.az xəbər verir ki, görüş zamanı 50-dən çox gənclər təşkilatının rəhbər və nümayəndələri parlament üzvlərinin gənclərlə iş sahəsindəki təcrübəsi və həyata keçirdikləri fəaliyyət ilə tanış olublar.

Milli Məclisin deputatları Şahin İsmayılov, Şahin Seyidzadə, Könül Nurullayeva, Müşfiq Cəfərov və Vüqar İskəndərovun iştirakı ilə gənclərlə işin sistemli aparılması və onun gələcək perspektivləri, eyni zamanda ictimai və aktiv vətəndaşlıq fəaliyyətində region gənclərinin iştirakının artırılması mövzuları müzakirə olunub. Regionlarda fəaliyyət göstərən qadın və qızların gənclər təşkilatlarında rolunun artırılması və iştırakçılığının təmin olunması mövzusuna da diqqət yetirilərək, gələcəkdə bu istiqamətdə görüləcək işlərdən bəhs olunub.

Müasir gənclər siyasətinin banisinin 98-ci ildönümünə həsr olunmuş görüşdə Ümummilli liderin gənclərə olan xüsusi diqqət və qayğısı çıxışçılar tərəfindən vurğulanmış, bu siyasi kursun bugün də ən yüksək səviyyədə Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi, dövlət başçısının hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemləri diqqətdə saxladığı bildirilmişdir.

Məhz Ümummilli liderimizin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir ki, gənclər təşkilatlarının nümayəndələri bugün müxtəlif qurumlarda, o cümlədən dövlət orqanlarında, ictimai-siyasi sferada, həmçinin beynəlxalq arenada uğurla fəaliyyət göstərir və ölkəmizi layiqincə təmsil edirlər.

Qonaqların çıxışlarından sonra interaktiv hissəyə keçid edilmiş, gənclər təşkilatlarının nümayəndələrinin sual və təklifləri müzakirə edilmişdir.
Xəbəri paylaş