Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İSBAM sədri Qırğızıstan səfiri ilə görüşüb



Newscenter.az.6.05.2021. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Qırğızıstanın ölkəmizdəki səfiri Muhamməd İsıroviç ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Samir Adıgözəlli keçirilən görüşdə bir neçə gün əvvəl Qırğızıstan və Tacikistan sərhədində baş vermiş münaqişə nəticəsində həlak olan qırğız vətəndaşları ilə bağlı kədərləndiyini bildirərək baş sağlığı vermişdir.

İSBAM sədri 44 günluk Vətən müharibəsi və Ermənistanın uzun illərdir Azərbaycana qarşı həyata keçiridiyi aqressiya haqqında danışaraq, hazırda da erməni tərəfinin təxribatlar həyata keçirdiyini qeyd edib.

Daha sonra Azərbaycan və Qırğızıstanın qardaş ölkələr olduğunu bildirərək ictimai münasibətlərin, mədəni əlaqələrin inkişafı və bu istiqamətdə qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi ilə bağlı səfirlə fikir mübadiləsi aparılıb.

Səfir Muhamməd İsıroviç ziyarət üçün İSBAM rəhbərliyinə təşəkkür edərək Qırğızıstanın son hadisələri ilə bağlı acısını paylaşıb, verdikləri baş sağlığını qəbul edərək, ölkəsi adından minnətdarlığını bildirib.

Səfir hadisə haqqında məlumat verərək bildirib ki, aqressiya nəticəsində 36 nəfər həyatını itirib. Onlardan 3 nəfərin hərbçi, 33 nəfərin mülkü şəxs və içərisində uşaq və yaşlı insanlar olduğunu qeyd edib. Hadisənin siyasi akt olduğunu qeyd edərək xalqlar arasında hər-hansısa kin-küdürət olmadığını fikirlərinə əlavə edib. Qırğızıstan səfiri görüşdə eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsinə toxunaraq Ermənistanın Qarabağda törətdiyi aqressiyadan danışıb. Azad olunmuş ərazilərə səfər etdiyini və bir çox həqiqətləri birbaşa müşahidəçisi olduğunu bildirib.

Eyni zamanda səfir M. Isıroviç ictimai, mədəni əlaqələrin iki ölkə arasında daha da inkişaf etdirilməsi ilə bağlı İSBAM sədrinin fikirlərini yüksək səviyyədə qarşıladığını, bu istiqamətdə həyata keçiriləcək tədbirlərə dəstək olacaqlarını bəyan edib.

Səmimi keçirilən görüşdə İSBAM Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ş.Həsənov, Boyukmillet informasiya portalının redaktoru S. Babayeva da iştirak etmişlər.

Görüşün sonunda İSBAM sədri Samir Adıgözəlli Qırğızıstandakı matəmlə bağlı açılmış xatirə dəftərinə qeydlər edərək, həlak olanların xatirəsini yad etmişdir.

Mehman
Xəbəri paylaş