Newscenter.az.6.05.2021. Milli Məclisin deputatı K. Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlardan Deputat Qərargahına birbaşa, telefon və rəsmi sosial şəbəkələr üzərindən daxil olan müraciətlər əsasında aprel ayı üçün sonuncu vətəndaş qəbulunu keçirib. Millət vəkilinin Deputat Qərargahından Newscenter.az-a verilən məlumata görə, həftə ərzində ümumilikdə 25 müraciət daxil olmuş, 10 nəfər isə canlı qəbul zamanı dinlənilmişdir.
Millət vəkili rəsmi sosial media hesablarında qəbul iştirakçılarını ən çox narahat edən məsələlərə də aydınlıq gətirib. K. Nurullayevanın sözlərinə görə, qəbul iştirakçılarını narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi və bina infrastrukturların bərpası kimi qiymətləndirilib.
Vətəndaşları narahat edən bu və digər məsələlər qeydiyyata alınıb. Vətəndaş müraciətlərinin tezliklə aidiyyatı üzrə müvafiq qurumlara ünvanlanacağı bildirilib. Deputat K. Nurullayeva həmçinin şəhid və qazi ailələrindən daxil olan mütəmadi müraciətləri nəzərə aldığını və bu istiqamətdə davamlı işlər gördüyünü vurğulayıb.
Ruhiyyə