Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı suallar “Whatsapp” hesabından cavablandırılacaq



Newscenter.az.6.05.2021. Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.

Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər.

R.Mehdiyeva
Xəbəri paylaş