Newscenter.az.6.05.2021. Salyan rayonunun Çuxanlı kəndindən başlayaraq Kür çayını keçməklə Kürkənd kəndinədək korroziyaya uğrayan qaz xəttinin yenilənməsi işləri həyata keçirilir.
Newscenter.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, istismar müddəti başa çatmış diametri 530 mm olan polad boru ilə çəkilən qaz xətti, diametri 315 mm olan polietilen boru ilə əvəzlənir.
Qaz xəttinin Kür çayından keçən hissəsi relyef baxımından çətin olduğundan maşın-mexanizmlərin çalışması mümkün deyil. Məhz buna görə bu hissədə görüləcək işlər Birliyin işçi qrupları tərəfindən əl əməyi ilə həyata keçirilir.
Mehman