Ermənistan bu günədək 1991-94-cü illərdə itkin düşən azərbaycanlılar barədə məlumat verməyib
Tarix: 7-05-2021, 15:02
Newscenter.az.7.05.2021. "Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməyib.