Newscenter.az.7.05.2021. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə “Satınalma prosedurları: rəqabətlilik və səmərəliliyin təmin edilməsi” mövzusunda növbəti onlayn görüş keçirilib.
Newscenter.az-a Dövlət Xidmətindən verilən məlumata görə, görüşdə bildirilib ki, son illər dövlət satınalmaları sahəsində aparılan təkmilləşdirmələr, “Dövlət satınalmalarının vahid elektron portalı”nın yaradılması, tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin artırılması, mikro, kiçik və orta biznesin inkişafı, həmçinin dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunmasına əlavə stimul yaradıb.
Tədbirdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması, iştirakçıkar arasında sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, fikir mübadiləsi aparılıb.
Satınalan təşkilatların 100-dən çox nümayəndəsinin iştirak etdiyi onlayn görüşdə dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunduğu və bu tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb.
Sevinc