Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bölgələrə yağış, dolu yağıb



Newscenter.az.9.05.2021. Saat 22:00-a olan məlumata əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Tərtər, Bərdə, Kişçay (Şəki), Yevlaxda şimşək çaxıb, arabir yağış yağıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qərb küləyi əsib, Naftalanda arabir 34, Tərtərdə 33, Ağdam, Balakəndə 30, Tovuz, Gəncədə 28, Mingəçevirdə 25, Ceyrançöldə 24, Zaqatalada 20, Yevlaxda 19, Şəmkirdə 18, Bərdə, Xaçmazda 16 Bakıda 20, Ələt, Maştağada 18, Binədə 17 m/s-dək güclənib.

Naxçıvanda saat 17:10-da 5 dəqiqə müddətində diametri 6 mm, Ağstafada 15:20-15:25 radələrində zəif dolu, Qazaxda 15:40-15:45 radələrində diametri 0,8 mm olan dolu yağıb.
Xəbəri paylaş