Azərbaycan və Rusiya XİN-ləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
Tarix: 11-05-2021, 13:18
Newscenter.az.11.05.2021. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Sənəd Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov tərəfindən imzalanıb.