Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtıdır



Newscenter.az.11.05.2021. Uca dağlar başında Pənahəli xanın yadigarı olan qədim bir şəhəri var Odlar Yurdu Azərbaycanımızın. O möhtəşəm məkan öz gözəlliyi, rəngarəngliyi, ucalığı və əlçatmazlığı ilə hər zaman digər şəhərlərdən seçilmişdir. Qala-şəhər olan qədim Şuşa şəhəri məhz bu xüsusiyyətlərinə görə də “Alınmaz Qala” adını qazanmışdır.

Azərbaycanımızın mədəniyyət mərkəzi hesab olunan Şuşa, Natavanın, Bülbülün, Üzeyirin və bir çox adlı sanlı mədəniyyət və din xadımlərinin vətəni olmuşdur.

20-ci əsrin əvvəllərində Azərbaycanımızın işğalı və parçalanması zamanı, öz havadarları tərəfindən torpaqlarımıza sürü halında gətirilərək, Qabağımızın ən dilbər güşələrində yerləşdirilən ermənilər sonrakı illərdə planlı şəkildə torpaq iddialarına düşmüş və həmin ərazilərimizdə öz mövqeylərini bərkitməyə başlamışlar. Və bu siyasətin sayəsində məskunlaşdıqları əraziləri işğallar və digər yollarla genşləndirən ermənilər burada öz dövlətlərini yaratdılar. Bundan sonrakı dövrlərdə Şuşa şəhəri 1905, 1920 və 1992-ci illərdə 3 dəfə işğal olunmuş, sonuncu işğal zamanı şəhər barbar ermənilər tərəfindən yandırılmışdir.

28 ildən artıq işğal altıda qalmış Şuşamızda memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılmış, məbədgah və məscidlər təhqir edilmiş, çox sayda nadir əlyazma nümunələri məhv edilmiş, 20 kitabxana yandırılmışdır.

Torpaqlarımızın və ərazi bütövlüyümüz bərpası uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən başlayan Vətən müharibəsi, Müzəffər Ali Baş Komandanımızın və qətiyyətli Şanlı ordumuz tərəfindən 44 gün davam edən çox uğurlu savaş nəticəsində düşmən tapdağından azad edilmiş,tarixi ədalət bərpa olunaraq 2020-ci ilin noyabr ayının 8-də Şuşa şəhəri işğaldan azad edilmişdir.

Qazanılmış layiqli qələbədən sonra ölkə başçımız Prezident İlham Əliyevin 07 may 2021-ci il tarixli Sərəncamıilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir.

Ölkə başçımız tərəfindən imzalanmış Sərəncam Şuşa şəhərinin bu statusunun bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.
Şuşanın azad olunması kimi onun yenidən bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini alması da Ulu Öndərin ən böyük hədəflərindən idi.

Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın qorunması Ulu Öndər Heydər Əliyevin xüsusidiqqətində olmuş, 1977-ci ildə onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmiş və həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Prezident İlham Əliyev hələ bu il fevralın əvvəlində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Şuşanın mədəniyyət paytaxtı elan ediləcəyini demişdi.

Qeyd olunan Sərəncamınimzalanma tarixi kimi məhz7 may tarixinin seçilməsi özündə mühüm mesajlar ehtiva edir. Sərəncamı həmin tarixdə imzalayan Ali Baş Komandan 1992-ci ildən sonra hər il mayın 8-ni bayram edən Ermənistanı 29 il sonra bu tarixi Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olması faktı ilə qarşılamağa məhkum etdi.

Bununla da Müzəffər Ali Baş Komandanımız dünya erməniliyinə mesaj verdi ki, “Şuşi” adlı bir şəhər yoxdur, olmayıb və heç vaxt olmayacaq.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi tariximizin saxtalaşdırılmasına “töhfə verən” digər dövlətlərə də mesajdır.
Qazanılmış uğurlu Qələbədən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Şuşaya səfərləri zamanı ziyarət etdikləri obyektlərin hamısı – Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır düzü tarixi dəyər daşıyır.Prezident şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edərək bildirmişdir ki, biz bütün dağıdılmış tarixi abidələrimizi özümüz bərpa edəcəyik.
Sərəncamın 7 may tarixində imzalanması həm də qardaş Türkiyə Prezidentinin Azərbaycana gəlişindən əvvəl şəhərin statusunun rəsmiləşməsi, liderlərin səfəri haqda informasiyalarda dünyanın diqqətini Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olmasına yönəldə bilər.Bundan əlavə mədəniyyət paytaxtımız Şuşada Cıdır düzündə, Heydər Əliyev Fondu tərəfindən təşkil olunacaq “Xari Bülbül” festifalı keçiriləcəkdir.

Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində mədəniyyət mərkəzi elan edilmiş Şuşa şəhərinin müxtəlif qurumlar və dövlət məmurları tərəfindən zəbt olunmamasına yol verməyəcəyini xüsusi qeyd edərək, “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” deyə ciddi mesaj vermişdir.

O, Vaqifin məqrəbəsinin Heydər Əliyev Fondu hesabına, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bərpa ediləcəyini, bundan başqa Şuşa şəhərində rəsm qalereyası mərkəzinin fəliyyətinin bərpa edilməsini, 80-ci illərdə tikilmiş “Qarabağ” mehmanxanasının təmir edilərək müasir səviyyəyə çatdırılacağını, Xalça muzeyinin bərpasını, orada Park Otelin istifadəyə veriləcəyini, bundan əlavə Şuşada “beş”,”dörd”,”üç” ulduzlu otellərin tikiləcəyini bildirərək, bu işlərin planlı şəkildə aparılmasını ictimayyətə bildirmişdir.

Bundan başqa Azərbaycan dövləti ermənilər tərəfindən baxımsız qaldığı üçün uçulub dağılmaqda olan xristian məbədlərinin bərpaedilməsini öz üzərinə götürmüşdür.

Bizim hər birimiz azərbaycanlı olaraq Müzəffər Ali Baş Komandanın Şuşanın Azad olunması xəbərini rəsmən elan etməsi anını, onun həmin xəbəri söyləyərkən gözlərindəki sevinc dolu göz yaşlarını heç zaman unuda bilmərik.
“Şuşa bizimdir! Qarabağ bizimdir!” deyərək Azərbaycan xalqını təbrik edən Prezident;
Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.
Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik! sözlərinin arxasında bu gün görülən işlər dayanır.

Möhtərəm cənab Prezidentimiz Şuşanın bərpasını Azərbaycan ruhunun qayıdışı hesab edərək, bu şəhərin nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyini bildirmişdir.

Biz Şuşa uğrunda gedən döyüşlərdə və bundan əlavə Vətən müharibəsində “ŞƏHİD” olmuş hər bir Azərbaycan əsgəri və zabiti qarşısinda baş əyir Allahdan onlara rəhmət diləyirik. Vətən müharibəsində şəhid olanlar bugünədək şəhid olmuş oğullarımızın ruhunu şad etdilər.
Şuşanın azad olunması ilə Qarabağımızın da azad olunması sevincini bizlərə yaşadan Müzəffər Ali Baş Komandana isə qürurla belə deyirik: BİZƏ PƏNAHƏLİ XANDAN YADİGAR QALAN ŞUŞAMIZI, QARABAĞIMIZI AZAD ETMƏKLƏ adınız tarixə əbədi olaraq düşmüşdür artıq. Və özünüzün söylədiyiniz kimi “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır vəbundan sonra əbədi olaraq dalğanacaqdır”.


Ucar rayonu Heydər Əliyev adına Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbin direktoru - Elburus Baxşəliyev
Xəbəri paylaş