Newscenter.az.12.05.2021. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyətlə həyata keçirdyi mükəmməl daxili və xarici siyasət sayəsində tezliklə 30 ildir yolumuzu gözləyən Qarabağda başlanyan möhtəşəm bərpa işləri öz töhfəsini verir.
Bu gün qürurumuza qürur qatan, hər birimizə xoşbəxtlik bəxş edən və gələcəyə sonsuz ümidlər verən hadisələr içərisində Prezident İlham Əliyevin xalqın müzəffər sərkərdəsi kimi düşmən işğalından azad edilmiş ərazilərə mütamadi səfərlər etməsi hər birimizi qürurlandırır. Bu vətənimizin öz bütövlüyünə qovuşması aktının parlaq təzahürüdür. Müzəffər Ali Baş Komandanın bu səfərləri həm düşmənə, həm də bütün dünyaya qətiyyətli bir mesajdır. Bu yurdun kimə məxsus olması haqqında mesaj. Prezidentin təqdim etdiyi hər bir tədbir, dediyi hər bir söz, etdiyi hər bir çağırış isə ədalətə əsaslnan yeni dünya nizamının yaradılmasına möhtəşəm töhfədir. Onun timsalında çağdaş bəşəriyyət ədalətin necə qalib gəlməsinin şahidi oldu.
Bu gün xalqımız doğma irsinə qovuşmaqla çoxəsrlik tarixinin ən şanlı səhifəsini yaşayır. Bu tarixdə isə Azərbaycan xalqının qürurunu və şərəfini özünə qaytarmış möhtərəm İlham Əliyevin böyük şəxsiyyəti ucalır.
12 may 2021-ci il tarixdə Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri xüsusi əhəmiyyət kəsb edir.
Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı başlayır.
Xarı bülbül – xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümididir.
Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb.Xarı bülbüllərimizi yalnız azad etmədik, həm də tapdaqdan baş üstünə qaldıra bildik. Hər qarışını, hər addımını qanıyla, canıyla aldı Azərbaycan əsgəri.
Şuşa baş tacımız, sizsə Şuşanın
Tacını bəzəyən qızıl, zərsiniz.
İki min səkkiz yüz iyirmi üç şəhid,
Bu xalqın dilində ta əzbərsiniz.
2823 Xarı bülbül itirdi bu Vətən!
2823 Xarı bülbül əkiləcək Şəhid məzarlarına…
2823 nisgil, ağrı və sevinc böyüyəcək, Cıdır düzü çəmənliklərində…
2823 Şəhidin yarım qalmış nəğməsi, sevgilisinə, övladına, anasına, təqdim edə bilmədiyi müjdə gülüdür, Xarı bülbül…
Qələbən mübarək olsun, alpaqutun Zəfər gülü!!!
Böyük şükranlıq və əbədi minnətdarlıqla hər zaman deyəcəyik:
Qalib Azərbaycandır!
Qarabağ Azərbaycandır!..
Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü