Newscenter.az.12.05.2021. "Ramazan bayramı ərəfəsində Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva bu gün Xocavənd rayonuna səfər edərək Qarabağın incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə yollanıblar. Bütün Azərbaycanın ürəyi Şuşada - Cıdır düzündə 30 ilin həsrətindən sonra yenidən keçirilən “Xarı Bül-bül” festivalında idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Deputat bildirib ki, festivalda çıxış edən Cənab Prezident dünyaya sülh və ədalət mesajlarını ötürdü:
"Festival Azərbaycanın qədim köklərə malik olan multikultural musiqi irsini bir daha beynəlxalq aləmə tanıtdı, bizlərə qürur və fəxarət hissi yaşatdı. Cənab Prezident həmçinin Şuşa məscidinin təməlqoyma mərasimində də iştirak etdi. Sabah müqəddəs Ramazan bayramı günündə məsciddə namaz qılınacaqdır".
Könül Nurullayeva qeyd edib ki, yüzilliklərlə Qərbin və Şərqin qovşağında yerləşən, müxtəlif dinlərin və cəmiyyətlərin vətəni olan Azərbaycan və onun incisi Şuşamızda sözügedən məscidin inşası xristian irsi - Qazançı kilsəsinin bərpası ilə birgə aparılacaqdır.
Yaşasın, Azərbaycan!
Ruhiyyə