Newscenter.az.13.05.2021. Rusiyanın xarici işlər naziri Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyəti müzakirə edib.
Newscenter.az bildirir ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.
Qeyd edək ki, Ermənistan Azərbaycanın Laçın rayonu ilə sərhəddə yerləşən Qaragöl ərazisində demarkasiya aparılmasını “sərhədin pozulması” kimi qiymətləndirib.