Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi



Newscenter.az.13.05.2021. "Həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Ulu Öndər Heydər Əliyev

Bəli, məhz bu kəlamların istər siyasi, istərsə də mənəvilik əhəmiyyətini təhlil edərkən bir daha aydın olur ki, Heydər Əliyev dühası nə qədər müdrik, uzaqgörən və nəhəng strateq olub.

Dünəndən bəri Cıdır düzündə təşkil edilən " Xarıbülbül" festivalı Azərbaycanın Zəfər qələbəsinin tarixi imzasıdır.Bugün “Xarıbülbül” musiqi festivalının ikinci - sonuncu günü keçirilib. Festivalda ulu öndər Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx nümayiş olunub. Prezident İlham Əliyev ümumilli liderin çıxışını dinləyərkən kövrəlib.Bu səhnəni isə bütün Azərbaycan xalqı kövrələrək izlədi çünki bu, Qələbənin zirvəsidir.

Bir Prezident öz xalqının içindən keçənləri, düşüncəsini, ruhunu necə bu qədər həssasllqla ifadə edə bilər ki?
Müzəffər Lideriyin ali təcəssümü: Ata vəsiyyətini yerinə yetirən qürurlu Övlad...

Həyata keçirilən bütün tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi.

Məşhur “Hökmdar” əsərində liderin belə bir təsviri var: “Hökmdar doğru tarixi şəraitdə, doğru zamanda, strateji və taktiki realliqları hesablayaraq qərar vermək qətiyyəti göstərən tarixi simadır”. Bəli, bütün bu xüsusuyyətləri özündə cəm edən Prezident İlham Əliyev tam zamanında tarixi qərarını verdi.

“Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik”

Ulu Öndər Heydər Əliyev

Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işğalı altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü!
Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Bu hiss ölçüyəgəlməz dərəcədə nəhəngdir!

Şuşanın azad edillməsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi.
Bir atanın övladına “öz xalqını xoşbəxt et” deyə vəsiyyəti varmış....

Əsl xoşbəxt bizik ki, Sənin kimi Prezidentimiz, Liderimiz, Sərkərdəmiz var!
Əsl xoşbəxt bu xalqdır ki, illərlə etdiyi duasını Tanrı qəbul etdi

Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.

Sən Şuşasan, Sən Qarabağsan, Sən Azərbaycansan, Sən Vətənin özüsən, İlham Əliyev!

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş