Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron Cənubi Qafqazda gərginlik yaratmaqdadır



Newscenter.az.14.05.2021. "ATƏT-in vasitəçi ölkəsi olaraq regionda Azərbaycan tərəfindən yaradılan sülh və bərpaetmə prosesinə müsbət töhfə vermək əvəzinə, Fransa Prezidenti Emmanuel Makron erməni dilində yazdığı son təxribatçı postu ilə Cənubi Qafqaz bölgəsində əsassız və gərəksiz bir gərginlik yaratmaqdadır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. Millət vəkilinin sözlərinə görə, E. Makron bilməlidir ki, həmişə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlər və ərazi bütövlüyünə tam hörmət edən Azərbaycan bu dəfə də beynəlxalq hüquq və ərazi bütövlüyü qaydalarına tabe olaraq ərazisində sərhəd nəzarəti işlərini həyata keçirir:

"Ermənistan isə beynəlxalq hüququn bütün prinsiplərini və Azərbaycanın ərazi bütövlüyünü kobudcasına pozaraq otuz ilə yaxın bir müddətdə yalnız işğalçılıq siyasəti yürüdürdü".

Ruhiyyə
Xəbəri paylaş