Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq



Newscenter.az.14.05.2021. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir.
30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Şuşa şəhəri tarixən Azərbaycanın tariximədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.

1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı çox böyük tarixi əhəmiyyət daşıyır. “Xarıbülbül” festivalı keçirilməsi və Yuxarı Gövhər ağa məscidində bayram namazı qılınmasının tarixi və rəmzi mənaları var. Eyni zamanda bu bir böyük rəmzi məna daşıyır, Azərbaycan mədəniyyəti üçün də tarixi anlama malikdir. Bu hadisə bir daha Şuşanın Azərbaycan tarixi, irsi, mədəniyyəti üçün müstəsna əhəmiyyətə malik olduğunun ifadəsidir. Xüsusən festivalın ikinci günü Azərbaycan incəsənətinin, musiqi xadimlərinin çox möhtəşəm çıxışı, Azərbaycanda yaşayan müxtəlif millətlərin musiqisinin, mədəniyyət nümunələrinin məhz həmin millətlərin təmsilçiləri tərəfindən təqdim olunması möhtəşəm idi. Bu məqam Azərbaycanda tolerantlığın, multikultiralizmin ən yüksək səviyyədə olmasının növbəti dəfə dünyaya nümayişi idi. Bu festivalın keçirilməsinin rəmzi mənalarından biri də Şuşada doğulan, Şuşada dəfn olunan böyük mədəniyyət, sənət adamlarının ruhuna bir hesabat idi. Azərbaycan cəmiyyəti üçün, dünya üçün, qonşular üçün, dostlar və dost olmayanlar üçün çox ciddi bir mesaj idi ki, Şuşa Azərbaycanın ruhu, Azərbaycan mədəniyyətinin beşiyi, qürurudur, onun heysiyyatıdır. Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq.

İnanırıq ki, gələn il “Xarıbülbül” festivalı bundan da möhtəşəm, daha çox insanların qatıldığı bir möhtəşəm tədbir olacaq. Şuşada keçirilən “Xarı bülbül festivalı” bütün dünyaya səs salıb. Bir daha bütün dünya əmin olduki, Qarabağ Azərbaycandır!

Məleykə Ağayeva,
YAP Sabirabad rayon təşkilat sədri
Xəbəri paylaş