Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 472 nəfər koronavirusa yoluxub



Newscenter.az.16.05.2021. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 472 yeni yoluxma faktı qeydə alınıb, 1 122 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 843 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 314 900 nəfər müalicə olunaraq sağalıb, 4 779 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 164 nəfərdir.

Ötən müddət ərzində 3 384 053 test aparılıb. Bugünkü test sayı isə 8374-dür.
Xəbəri paylaş