Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeyri-iş günlərində paytaxtda 42 min kv.m sahədə təmir işləri aparılıb



Newscenter.az.16.05.2021. 9 May - faşizm üzərində Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə cari və orta təmir işləri aparılıb.

Newscenter.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə təmir işləri planlaşdırıldığı kimi, 9-15 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılaraq yekunlaşdırılıb.

Belə ki, cari və orta təmir işləri paytaxtın Heydər Əliyev, Ziya Bünyadov, Parlament və Mətbuat prospektlərində, Mikayıl Müşfiq, Rəşid Behbudov, Alı Mustafayev və İlqar Musayev küçələrində, həmçinin Şəhər şossesində, Mehdiabad-Digah-Məhəmmədi, Binəqədi-Novxanı və Bibiheybət yollarında aparılıb.

Təmir işlərinin aparıldığı ərazilərin sahəsi ümumi olaraq 42 min kv.m-ə yaxındır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtonəqliyyat vasitələrinin intensiv hərəkəti və təbii amillər nəticəsində respublika avtomobil yollarının, küçə və prospektlərin hərəkət hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işləri qarşıdan gələn istirahət günlərində də davam etdiriləcək.

Anar
Xəbəri paylaş