Qırıcı təyyarə və helikopterlərimiz ehtiyat aerodromlara çıxarılır-VİDEO
Tarix: 16-05-2021, 19:21
Newscenter.az.16.05.2021. Azərbaycan Ordusunda keçirilən təlimlərin planına uyğun olaraq döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.