Newscenter.az.16.05.2021. Rusiyanın Saratov vilayətində çayda iki katerin toqquşması nəticəsində 2 nəfər ölüb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi regional baş idarəsi mətbuat xidmətinin rəisi Natalya Kuliçenkova mayın 16-da jurnalisltərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Proqress” adlı katerdə qadın və kişi olub. Onların ikisi də toqquşma nəticəsində aldıqları xəsarətlərdən ölüblər. Digər katerdə 3 nəfər olub. Onların heç biri xəsarət almayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.