Peyvənd olunanların sayı açıqlanıb
Tarix: 17-05-2021, 17:29
Newscenter.az.17.05.2021. Azərbaycanda bu gün 3 694 nəfər vaksinasiya olunub.
Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 471 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 798 743, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 032 054, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 766 689 nəfər təşkil edir.