Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Rusiya danışıqlarında müsbət nəticə əldə ediləcək



Newscenter.az.17.05.2021. Türkiyə və Rusiya arasında bir aydan artıqdır qarşılıqlı şəkildə avia uçuşlar dayandırılmışdır. İctimaiyyət üçün bu məsələnin Covid-19 virusu ilə əlaqəli olduğu deyilsə də, arxasında dayanan səbəblərdən biri də Türkiyənin Ukraynaya verdiyi dəstəyin dayandığını demək mümkündür.

Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfər etməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi, tərəflər arasında 20 maddədən ibarət müqavilənin imzalanması, Rəcəb Tayyib Ərdoğanın Ukraynaya dəstək mesajı verməsi Rusiya tərəfindən ciddi narahatlıqla aqarşılandı. Rusiya Türkiyənin atdığı bu addımlara cavab olaraq Türkiyədə Covid-19 virusunun sürətlə yayılmasını bəhanə edərək turizm mövsümünün başlaması ərəfəsində uçuşları dayandırması və Rusiyalı turistlərin Türkiyəyə gəlişini əngəlləyir ki, bu da Türkiyənin turizm sektoruna ciddi ziyan vurur. Nəzərə alsaq ki, hər il 3 milyona qədər rus turist Türkiyəyə istirahətə gəlir.

Rusiyanın atdığı addıma cavab olaraq Ukrayna prezidenti Vladimir Zelenski ukraynalı turistlərə Türkiyədə istirahət etməyi məsləhət gördü. Təbii ki, bu da Türkiyə üçün məsələnin həlli demək deyil.

Rusiya tərəfində Türkiyəyə uçuşların məhdudlaşdırılmasına qoyulmuş müddətin başa çatmasına az qalmış Türkiyə prezidentinin müşaviri İbrahim Qalın və Türkiyə Mədəniyyət və Turizm naziri Məhmət Nuri Ərsoyla birgə Moskvaya səfər etdilər. Bu səfərin əsas məqsədi yaxınlaşmaqda olan məhdudiyyətin uzadılmaması və qısa müddətdə məsələnin həll edilməsidir. Eyni zamanda Türkiyə və Ruisya arasında Sputnik V vaksinin alınması üçün də danışıqların aparılacağı bildirilir.

Təbii ki, heç kim üçün sirr deyil ki, Rusiya Türkiyəyə uçuşları qadağan etməsində əsas səbəb iqtisadi amillərlə Türkiyəyə təsir və təzyiq etmək və Türkiyəni tutduğu xarici siyasətdən çəkindirməkdir. Hesab edirəm ki, belə addımlar Türkiyənin xarici siyasət kursuna o dərəcədə ciddi təsir edəcək imkana malik deyil və Türkiyə hətta burada iqtisadi cəhətdən çətinliklər yaşasa da, xarici siyasət strategiyasını dəyişməyəcək. Rusiyanın belə qısamüddətli siyasi strategiyası prinsip etibarı ilə həm iqtisadi, həm də siyasi baxımdan özü üçün daha çox ziyan gətirmiş olur. Şübhə etmirəm ki, Türkiyə və Rusiya arasında aparılan danışıqlardan müsbət nəticə əldə ediləcək.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş