Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan nə etmək istəyir?



Newscenter.az.18.05.2021. Qaragöl ətrafında və digər sərhədboyu ərazidə yaranan mübahisəli məqamlara dair açıqlama verərkən Nikol Paşinyan deyib: “Sərhədlərin dəqiqləşdirilməsi planında belə bir nüans var. Son günlərdə Azərbaycan təbliğatı sərhədlərin dəqiqləşdirilməsi prosesinin ikitərəfli formatda həll edilməli olduğu ideyasını irəli sürür. Bu sadə bir səbəbə görə baş verə bilməz, çünki Azərbaycanla Ermənistan arasında heç bir münasibət yoxdur”

“Kommunikasiyaların açılması, və sərhədlərin dəqiqləşdirilməsi prosesi üçtərəfli formatda keçməlidir. Bununla bağlı bir neçə dəfə razılıq əldə olunub”, - deyə o əlavə edib.

Daha sonra Paşinyan Azərbaycan ordusunun Ermənistanın iddia etdiyi torpaqlardan çıxmayacağı ana qədər İrəvanın situasiyanı böhran olaraq qiymətləndirəcəyini və KTMT-Rusiyadan yardım istəyəcəyini bildirib. Bir dövlətin rəhbəri sanki, uşaq cığallığı ilə digər dövlətdən şikayət edir.
Azərbaycan tərəfinin gələcək dövrlərdə sülhə hazırlaşmaq, sülhməramlı missiyanın başa çatmasından sonra Ermənistanla aramızda normal münasibətlərin zəminini qoymaq cəhdini qarşı tərəf hələ ki, belə dəyərləndirir. Əslində Ermənistanın da yaxın gələcəkdə buna hazır olmalı olduğunu yaxşı bilən Paşinyan hələ ki, bir siyasi oyun oynayır. Bu da, əsasən seçki ilə bağlıdır. “Ayının min oyunu var, bir armudun başında” məsəlidir.

Ancaq təkcə bu deyil. Qeyd etdiyim kimi ilk öncə, seçkiyədək müəyyən edilmiş sınaq müddətində Paşinyan özünü nümunəvi icraçı kimi göstərmək istəyir. Daha sonra, gələcəkdə Azərbaycana aid olan ərazilərin Ermənistanın təsir dairəsindən çıxması faktının təkcə onun imzası ilə tarixə düşməsini istəmir. Rusiya tərəfinin də burada iştirak etməsini və bununla da müəyyən qədər özünü sığortalamağa çalışır. Həm də, paralel olaraq ona qarşı olan müxalif klanı tədricən bütün proseslərdən kənarlaşdırmaq istəyir. Çünki, hakimiyyətdə olduğu 3 il ərzində Paşinyan çox gözə anlamış oldu ki, “Qarabağ klanı”nın mövcud olduğu müddətcə o dövləti istədiyi kimi idarə edə bilməyəcək.

Xəyal Bəşirov,
“Siyasi və hüquqi strateji araşdırmalar” mərkəzinin rəhbəri.


Xəbəri paylaş