Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır-Hay tayfalarının həyasızlığı



Newscenter.az.18.05.2021. Hay tayfaları bütün zamanlarda onun-bunun torpağında sülənib-dolanaraq, dolaşaraq, sərgərdan həyat tərzi keçiriblər, həmişə nəyi görüblərsə deyiblər ki, bizimdir. Həyasızcasına üzə duraraq başqa xalqların, Azərbaycanın tarixini, mədəniyyətini, musiqisini, mətbəxini, məişətini, həyat tərzini öz adlarına çıxmağa çalışırlar, hər şey bizimdir, deyirlər. Tarixdə ikinci belə həyasız, oğru, saxtakar xalq çətin ki, olsun. Bu tiqranoid tayfası indi də Azərbaycanın qədim torpağı olan Qaragölə yiyə çıxmaq üçün vay-şivən qoparır, yazıq-yazıq saxta göz yaşları tökür, dünya ictimaiyyətində zavallı obrazı yaratmağa çalışırlar.

Ermənilər nə qədər ağlasa da, sızlasa da, özlərini yaxıb-yandırsalar da Əlahəzrət tarix ortadır, göz önündədir. Azərbaycan keçmiş SSRİ dönəmindəki coğrafi xəritələr, kartoqrafik materiallar və əsaslı sənədlərə uyğun hərəkət edərək Ermənistanla öz sərhədlərinin dəqiq xəttlərini çəkir, sərhəd nöqtələrini ayırd edir. SSRİ-nin coğrafi-topoqrafik xəritələrində göstərilib ki, Ermənistanın Gorus rayonu ilə sərhəddə - İşıqlı dağında yerləşən Qaragölün (Sevinc) bütün coğrafi hüdudları Azərbaycana məxsusdur. Qaragöl Azərbaycan Nazirlər Sovetinin 1987-ci il tarixli qararı il dövlət qoruğu elan edilib, ermənilər Laçını işğal edəndə bu qoruğub ərazisini də zəbt ediblər.

Bu gün Azərbaycanın öz halal-hümmət ərazisi olan Qaragöldə öz nəzarət məntəqələrini qurur. Ancaq hay sürüsü əl çəkmir ki, çəkmir. Deyir nəslimin, olmayan əcdadımın-soyumun gorbagor qəbri haqqı buradan əl çəkən deyiləm, vur-öldür məni, üstümdən keç, bura mənimdir. Di gəl, belə bir əxlaqsız vəhşi tayfa ilə dil tap. Dildən, sözdən anlamayanı, başa düşməyəni başa düşəcəyi dildə başa salırlar.

Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin bu məsələdə mövqeyi prinsipial və konkretdir: “Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz dövlət sərhədlərini bərpa edir”. Cənab Prezident Rusiyalı həmkarı Vladimir Putinlə, ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon danışıqlarında birmənalı və qəti olaraq bildirdi ki, Azərbaycan beynəlxalq miqyasda tanınmış sərhədlərinin delimitasiyası və demarkasiyasını təmin edir, bütün hüquq və beynəlxalq prinsiplərə hörmətlə yanaşır. Ermənistan isə vaxtilə işğal etdiyi torpaqlarda sərhəd xəttinin qurulmasına qeyri-adekvat reaksiya göstərir, açıq təxribatlara əl atır, məsələni beynəlmiləlləşdirmək cəhdləri ilə bölgədə gərginliyin artmasına çalışır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq bəyan etdi ki, emosiyaların qızışdırılması üçün heç bir əsas görmür. Heç bir güllə də atılmayıb, toqquşma olmayıb. Azərbaycan sərhədçiləri sakitcə oturub situasiyanı necə həll etməyi müzakirə edir, sərhədi müəyyənləşdirmək istəyir, ancaq qarşı tərəf ara qızışdırır.

Azərbaycan həddindən artıq təmkinliliyi, humanizmi, ədalətliliyi, qarşı tərəfin provakasiyalarına rəğmən, səbr və dözümlülüyünün qarşılığında yenə də şər-böhtanla üzləşir. Avropanın “demokratiya çarçısı” olan Fransa açıq-aşkar ermənilik edir, haqq-ədaləti tapdalayır. Fransa 30 il Ermənistanın işğalında qalan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün səsinin çıxarmadı, işğala göz yumdu. İndi Makron Azərbaycan öz dövlət sərhədini müəyyən edəndə qaraçı tayfasının şivənliyinə, haray-həşirlərinə hay verir, Azərbaycanı günahkar çıxarır. Makron riyakarcasına ağ yalan danışır, Azərbaycana böhtan atır, bütün siyasi əxlaq normalarını və diplomatik etikanı ayaq altına alır, ara qatmaq, qan tökmək çağırışlarını təhrik edir.

Makron hökuməti Azərbaycana qarşı açıq düşmənçilik edir. Fransanın erməni sevdasının arxasında eyni niyyət, eyni qərəz, kin və türkə qarşı vəhşi bir xislət dayanır. Tarixdə əli yüz minlərlə günahsız insanın qanına bulaşmış, Əlcəzair, Qana, Kamerun, Ruanda, İğdır, Ərdəhan, Van, Xocalı soyqırımlarını, qətliamlarını Fransa və Ermənistan törədib. Bu iki ölkəni eyni əqidə, qətl və zülm ruhu birləşdirir.

ABŞ və Avropadakı ictimai-siyasi dairələr çox yaxşı bilirlər ki, Azərbaycan heç bir hüquqdan kənar addım atmır, Ermənistanla sərhəddi bütün qayda-qanunlarla həll edir, ancaq erməni lobbisinin mənfəət dozasına uyub həqiqəti tərsinə deyirlər. Və məqsəd həm də, onsuz da onun-bunun aləti olan Ermənistanı kukla kimi ortaya salıb regiondakı kövrək sülhü, əmin-amanlığı pozmaq, Azərbaycan-Türkiyə-Rusiya formatı əsasında yeni yaranan geniş infrastrukturlar, əməkdaşlıqlar marşrutlarını əngəlləməkdir. Qərb bu birliyin möhkəmlənməsini istəmir, erməniləri təlxək kimi qızışdırmaq, Azərbaycana qarşı məqsədli saxta bəyanatlar da buna xidmət edir.

Azərbaycan 44 günlük Vətən müharibəsində hər qarış torpağını şəhidlərin qanı ilə aldı, bu gün bir qarış torpağını erməniyə verməyəcək. Laçında, Zəngəzurda öz tarixi-əzəli yerində taxt quracaq, bir qarış geri çəkilməyəcək.

Qaragöl Azərbaycandır, Zəngəzur Azərbaycandır!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş