Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr müzakirə edilib



Newscenter.az.19.05.2021. Bu gün Azərbaycan və Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında vebinar-görüş keçirilib.

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan–Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Jalə Əhmədova görüş iştirakçılarını salamlayaraq iki ölkə arasında parlamentlərarası əlaqələrimizin daha da inkişaf edəcəyinə əminliyimi ifadə edib.

Əsasən regional münaqişələrin tənzimlənməsi, Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusunu əhatə edən bu görüşdə Estoniya Parlamentinin (Riigikogu) deputatları, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sven Sester, qrupun üzvləri İqor Kravtsenko və Mihhail Krob, habelə Milli Məclisin deputatları, Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri​ Musa Quliyev, Ülviyyə Həmzəyeva, Musa Qasımlı və Rəşad Mahmudov iştirak ediblər.

Görüş zamanı mövzu ətrafında fikir mübadiləsi aparılıb, həmçinin estoniyalı parlamentarilərin Azərbaycana səfəri məsələsi müzakirə edilib.

Ruhiyyə
Xəbəri paylaş