Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

KTMT Ermənistanı məyus etdi



Newscenter.az.19.05.2021. KTMT Xarici İşlər Nazirləri Tacikistanın paytaxtı Düşənbədə keçrilən iclasında Ermənistan-Azərbaycan sərhəddində baş verənlər müzakirə edilib. Təşkilatın baş katibi Stanislav Zas iclasdan sonra verdiyi açıqlamada bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın Sünik, yəni Zəngəzur bölgəsindəki vəziyyətin inkişafını yaxından izləyir. Stanislav Zas qeyd edib ki, baş verənləri narahatlıqla müşahidə edirlər.

KTMT baş katibi həmçinin olu da əlavə edib ki, “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin başqa variantı yoxdur.
KTMT baş katibinin sözlərindən belə qənaətə gəlmək olar ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq təşkilat münaqişənin miqyasının böyüməsində maraqlı deyil və ona görə də 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın şərtlərinin yerinə yetrilməsinin daha məqbul variant olduğunu qəbul edir.

Onun fikirlərində aydın olan digər məsələ isə təşkilata daxil olan dövlətlərin Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsində Ermənistana dəstək verməkdən imtina edir və Ermınistanı məcbur edirlər ki, məsələni beynəlxalq hüquq prinsipləri çərçivəsində həll edilməsinə şərait yaratsın.
Nəhayət, təşkilatın baş katibinin açıqlaması o da aydın oldu ki, Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı təcavüz qeydə alınarsa ona reaksiya verə bilərlər, əks təqdirdə Ermınistana dəstək verilməsi mümkün görünmür.

Samir Hümbətov-siyasi şərhçi
Xəbəri paylaş