Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzurdan Naxçıvana gedən strateji yolun açılması böyük iqtisadi-inkişafa öz töhfəsini verəcək



Newscenter.az.19.05.2021. Azərbaycan Dövləti istənilən atılan addımında xalqın milli-maraqlarını nəzərə alaraq öz tutduğu mövqedən geri çəkilmədən məqsədə nail olmaq əzmi nümayiş etdirir.

44 gün çəkən Vətən müharibəsindədə bu belə oldu bizi irəliyə getməkdən heç bir güc geri çəkindirə bilmədi. Prezident Cənab İlham Əliyevin olduqca yerində və müdrik bir deyimi var "Nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm ".

Məhz Zəngəzur yolunun açılmasıda bu uğurlu siyasi hədəfin obyekti kimi məqsədə uyğun sayıldığından hər bir Azərbaycanlı tarixən böyük əhəmiyyətə malik olan Zəngəzur dəhlizinin açılması uğrunda aparılan hərbi və siyasi mübarizədə Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir. Bu yolun bərpası bir çox böyük gücləri narahat etməsinə baxmayaraq artıq ermənilərə yazığı gələn Ölkələrin sayı getdikcə azalmaqda davam edir. İndi gündəmdə Qarabağın təhlükəsizliyi bu ərazidə iqtisadi-inkişafın yüksəlişi üçün Fizulidən - Naxçıvana qədər uzanan Zəngəzur mahalından keçərək uzanan strateji əhəmiyyətli yolun Ölkəmiz üçün böyük əhəmiyyəti var. Ən əsasıda tarixi ədalətin bərpası bu yolun açılması üçün hədəflənmiş siyasi uğurdur.

Özündə hər şeyin tükənməsi ermənilərin acizanə şəkildə şüvən salaraq hay-küyü mənasız bir hərəkətdir və bu ən çox da Azərbaycan Ordusunu təxribata çəkməyə hesablanmış hiyləgər şəxslərin atdığı addımlardır.

Bizim üçün düşmənin hərbi qüvvəsi yox sayılır , bu indi ki, anlamda gerçək bir mənzərəyə əsasən yürüdülən fikirlərdir. Nə zamansa Zəngəzur ermənilərə təhfil verilib və yaxud haylar öz havadarlarının hesabına bu ərazini zəbt edib burada qanunsuz yaşayıblarsa bu gün dünya ermənilərin tarixi uydurmalarına inanmır və gerçək tarix gerçək xəritə və imzalanmış üç tərəfli bəyanata əsasən Azərbaycan Dövləti öz süverenliyi naminə qətiyyət nümayiş etdirir.

Cənab Prezident qeyd etdiyi kimi "Bizi heç kim tutduğumuz mövqedən getdiyimiz yoldan geri döndərə bilməz " deməsində böyük bir gerçəklik mövcuddur təxribatçı ermənilər hazır ki, vəziyyətlə barışmağa məcburdur və mövcud vəziyyətlə razılaşmalıdır bu əsl həqiqətdir.
Zəngəzur yolu açıldıqda bu hər bir Azərbaycanlının Naxcıvana rahat bir şəkildə getmək arzusunu gerçəyə çevirəcəkdir.

Həmçinin Qardaş Türkiyə Dövlətinə gedən yolumuzun məsafəsi azalaraq Naxçıvandan keçməklə bu dəhliz bizi Türkiyə Dövlətinə tək şəxsiyyət vəsiqəsi ilə getmək şansı bəxş edəcəkdir. 30 ildən çox bir müddətdir ki, hayların təxribatı talançılığı üzündən milyonlarla Soydaşımız əziyyət çəkirdi, amma indi meydanda güclü bir Azərbaycan Ordusu var , bu Ordu Azərbaycan xalqının arzusunu yerinə yetirir .
Vətən birdir, Dövlət birdir

Hər bir Azərbaycanlı Müzəffər Ali Baş Komandanın sayəsində Qarabağa bəxş edilən azadlığı dünyanın ən dəyərli neməti sayaraq, bu yolda Prezident Cənab İlham Əliyevin polad iradəli qətiyyətini dəstəkləyirik .

Var olsun Cənab Prezidentim !

Oğuz rayon Mədəniyyət Mərkəzinin metodisti
Anar Hüseynov .
Xəbəri paylaş