Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq



Newscenter.az.20.05.2021. Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar versə, bu qərarı icra etmək problem olmayacaq.

Bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib.

"Hazırda metronun "Elmlər Akademiyası" stansiyasında təmir işləri gedir. Amma bu işləri iyunun 1-nə qədər başa çatdıracağıq və sərnişindaşımaya tam hazır olacağıq", - deyə o, qeyd edib.
Xəbəri paylaş