Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində AzTU-nun kafedrasının filialı açılıb



Newscenter.az.20.05.2021. Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin "İqlim" elm-istehsalat müəssisəsində Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı açılıb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, məqsəd bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili, onların buraxılış işi və magistr dissertasiyalarının mövzularının bu sənaye sahəsindən götürülməsini təmin etməkdən ibarətdir.

Açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, “Şərq” İstehsalat Birliyinin baş direktoru İlqar Nəzərov və hər iki tərəfdən nümayəndələr iştirak edib.

Qeyd edək ki, Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının filialı 4 otaqdan ibarətdir. Tələbələr kafedranın filialında ixtisasa uyğun tədris edilən fənnin nəzəri hissəsini mənimsədikdən sonra müəssisədə təcrübə keçəcək.

Filialın gələcəkdə elmi-tədqiqat mərkəzi kimi də fəaliyyət göstərəcəyi nəzərdə tutulub.
Xəbəri paylaş