Azərbaycan hərbçiləri Türkiyədə keçiriləcək beynəlxalq təlimdə iştirak edəcək
Tarix: 21-05-2021, 12:28
Newscenter.az.21.05.2021. Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.
Təlim iyunun 4-dək davam edəcək.