Newscenter.az.21.05.2021. Qax rayonunda silahlı insident baş verib.
“Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çüdüllü kəndi ərazisində qeydə alınıb.
Belə ki, polis əməkdaşı əllərində ov tüfəngi olan 2 nəfəri kənd ərazisində görüb və onlara yaxınlaşıb. Bu zaman həmin şəxslərlə polis arasında mübahisə yaranıb. Daha sonra həmin şəxslər silahdan atəş açıblar. Nəticədə polis nəfəri əlindən yaralanıb. Naməlum şəxslər isə ərazidən uzaqlaşıblar.
Qax rayonu ərazisində silahlı insident zamanı əlindən yaralanan polis əməkdaşının kimliyi məlum olub.
Bu, Qax Rayon Polis Şöbəsinin əməkdaşı Hacıməhəmməd Hətəmovdur.