Newscenter.az.3.11.2021. Mükəmməl hüquqşünas olmaq üçün bir sıra əlavə keyfiyyətlərə də yiyələnmək tələb olunur. Bu, əslində, bütün peşələrə aiddir. Məsələn, fiziki baxımdan zəif olan bir idmançının ciddi uğur əldə etməsi də çətinləşir. Eynilə, təhsildən və insan keyfiyyətlərdən uzaq olan insanın da mükəmməl hüquqşünas olmaq arzusunun reallaşması sual altında qalır.
Mükəmməl hüquqşünas olmağın 10 qızıl qaydasını müəyyənləşdirib.
1. Analitik keyfiyyətlər...
Analitik düşünmə qabiliyyəti mükəmməl hüquqşünas olmağın əsas prinsiplərindən sayılır. Peşə fəaliyyəti ilə əlaqədar yaranan problemlərin həll olunmasında nəyisə analiz etmək zərurəti meydana çıxır. Problemi dəqiq analiz etməklə uğurlu nəticənin əldə olunması da asanlaşır. Məhz buna görə analitik keyfiyyətlər hüquqşünasda olmazsa olmaz özəlliklərindən biridir.
2. Yaradıcılıq...
Hüquq sahəsində tanınmış bir hüquqşünas olmaq istəyirsinizsə, məsələyə fərqli prizmalardan yanaşmalı və daima yenilikçi olmalısınız. Fərqli yanaşma tərzi ortaya qoymaq, problemin həlli ilə əlaqədar yeni versiyalar axtarıb tapmaq müsbət nəticələrə gətirib çıxaran əsas elementlərdəndir. Bir sözlə, qəbul olunmuş standardlardan fərqli düşüncə tərzinə sahib olmaq hüquqşünas peşəsində mühüm keyfiyyətlərdən biridir.
3. Araşdırma...
Sənədlər üzərində geniş araşdırma aparmaq, qanunvericilik toplusunu incə detallarına qədər araşdırmaq hüquqşünas fəaliyyətinin əsas prinsiplərindən hesab edilir. Bu araşdırmaların nəticəsində tərtib olunmuş sənədlər çox müsbət nəticələrə gətirib çıxara bilər.
4. Əlaqə...
Geniş əlaqələrə sahib olmaq hüquqşünasa xas olan əsas və müsbət keyfiyyətlərdəndir. Mükəmməl hüquqşünas olmaq üçün digər hüquqşünaslarla əlaqə saxlamaq, yaranmış problemləri müzakirə etmək lazımdır. Bu zərurəti doldurmaq üçün hüquqşünas daima digər hüquqşünaslarla əlaqədə olmalı, başqa hüquqşünasın təcrübəsindən istifadə etməlidir.
5. Əzm və səbr...
Hüquqşünas öz peşəsi ilə məşğul olan istənilən şəxs daima əzm və səbrli olmalıdır. Gərgin araşdırmalar aparmaq, sənədləri hazırlamaq uzun vaxt tələb edir. Bunun üçün isə təbii olaraq, güclü iradə, əzm və səbr kimi müsbət keyfiyyətlərə sahib olmaq zərurəti yaranır.
6. Təsirli nitq söyləmək...
Natiqlik keyfiyyəti hüquqşünasın uğurlu nəticələr əldə etməsində ən mühüm ünsürlərdəndir. Güclü nitq qabiliyyətinə sahib olmayan hüquqşünas öz peşə fəaliyyətində işləməsinə çətinlik çəkəcək. Buna görə də istənilən fəaliyyət zamanı təsirli nitq söyləmək, qanunvericiliyin tələblərini aydın və tam şəkildə izah etmək hüquqşünas üçün ən əsas keyfiyyətlərdəndir.
7. Təhsil...
Əgər mükəmməl bir hüquqşünas olmaq istəyirsinizsə, daima biliklərinizi artırmağa çalışın. Hüquq geniş bir məfhumdur. Yəni qısa müddət ərzində güclü hüquqşünas olmaq mümkün deyil. Buna görə də istənilən hüquqşünas yaşından asılı olmayaraq daima öz təhsilini artırmalıdır.
8. Oxuduğunu qavramaq...
Hüquqşünas dedikdə ilk ağla gələn qalın kitablardır. Bu kitabları həmişə hüquqşünasın yanında görmək adət halını alıb. Oxuduğunu mükəmməl şəkildə qavramaq və nəticədə, oxuduqlarını analiz etmək bacarığı mükəmməl bir hüquqşünasın olmağın əsas tələblərindəndir.
9. Yazma bacarığı...
Mükəmməl hüquqşünas bunu yaxşı bilməlidir: Kəlmələr ən təsirli silahdır. Məhz sözlərin doğru-düzgün seçilməsi nəticəsində ideal bir sənədi hazırlamaq mümkündür. Bir çox hüquqşünas məhz təqdim etdiyi mükəmməl sənədlər vasitəsilə xeyli sayda insanların rəğbətini qazanır. Buna görə də hüquqşünas rəhbərinə ideal sənəd təqdim etmək istəyirlərsə, daima yazı yazmaq bacarıqlarını inkişaf etdirməlidirlər.
10. Təvazökarlıq...
Özünü üst səviyyədə görməyən, mütəmadi olaraq daha yaxşısını əldə etmək üçün çalışan hüquqşünas uğur qazanmağa da daima yaxın olurlar. Bütün peşələrdə olduğu kimi, hüquqşünas üçün təvazükarlıq mühüm keyfiyyətlərdən biridir.
Əli İbrahimov-hüquqşünas